Xəbər verdiyimiz kimi, FİFA tərəfindən “FIFA series - Edition 2024” layihəsi ilk dəfə mart ayında Bakıda keçiriləcək.
Layihədə Azərbaycan, Bolqarıstan, Tanzaniya, Monqolustan milliləri iştirak edəcək.
Təqvimində Azərbaycan millisinin Bolqarıstan və Monqolustanla oyunları nəzərdə tutulsa da, Tanzaniya ilə matç yer almayıb.
Əslində, bu, turnir deyil, daha çox yoldaşlıq xarekterli layihə məqsədi daşıyır. Ona görə də yarışın qalibi olmayacaq və FİFA tərəfindən göndərilən təqvimdə Azərbaycan millisinin yalnız Monqolustan və Bolqarıstanla matçları nəzərdə tutulub.
Həmin oyunlar sırasında isə Tanzaniya ilə görüş nəzərdə tutulmayıb.
Oyunlar martın 22-25-i aralığında düzənlənəcək. Komandanı meydana Arif Əsədov çıxaracaq. Canni De Byazinin keçmiş köməkçisinə 2 yerli həmkarı yardımçı olacaq.
Adları da məlumdur – aşağı yaş qrupları yığmalarda işləyən İlham Yədullayev və Füzuli Məmmədov.
SPORTİNFO.AZ

