Ukraynanın Azərbaycanla oyun üçün heyətində ONLAR VAR

8 Mart 02:50 Milli komanda 478
Ukraynanın Azərbaycanla oyun üçün heyətində ONLAR VAR

Ukraynanın U-21 yığması Mərakeşə qarşı yoldaşlıq (U-23) və AVRO-2025-in seçmə mərhələsində Azərbaycanla oynayacaqları matç üçün heyəti açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “göy-sarılar”ın ispaniyalı çalışdırıcısı Unai Melqosa 24 futbolçuya dəvət göndərib:

Qapıçılar: Pavel İsenko (“Vorskla”), Ruslan Neşeret (“Dinamo”, Kiyev), Yakov Kinareykin (“Dnepr-1”)

Müdafiəçilər: İlya Krupski (“Vorskla”), Konstantin Vivçarenko (“Dinamo”), Arseni Bataqov (“Zarya”), Artem Smolyakov (“Polesye”), Vitali Roman, Boqdan Slyubik (hamısı “Rux”), Vladimir Salyuk (“Çernomorets”)

Yarımmüdafiəçilər: Eqor Yarmolyuk (“Brentford”, İngiltərə), Yevgeni Pavlyuk (“Vorskla”), Nazar Voloşin, Anton Tsarenko (hamısı "Dinamo"), Valentin Rubçinski, Oleq Oçeretko (hamısı “Dnepr-1”), Aleksandr Yatsik ("Zarya”), Maksim Xlan (“Leçiya”, Polşa), Boris Kruşinski (“Polesye”), İlya Kvasnitsa (“Dvijeniya”), İvan Varfolomeyev (“Slovan” , Çexiya), Maksim Braqaru ( "Çernomorets")

Hücumçular: İqor Qorbaç (“Zarya”), İqor Krasnopir (“Obolon”)

Komandalar arasında ilk qrup oyununda Azərbaycan millisi məğlub olub (0:1).

Azərbaycan - Ukrayna oyunu martın 26-da "Azərsun Arena" stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq. (UAF)

Digər Xəbərlər
Xəbər Lenti