Yığmamız Bakıda Ukraynaya böyük hesabla uduzdu

26 Mart 18:00 Milli komanda 800
Yığmamız Bakıda Ukraynaya böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.

"Qarabağ Arena"da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 3:0. Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərarlaşıb.

U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.

Azərbaycan – Ukrayna 0:3
Qollar: A.Yatsuk, 25. O.Oçeretko, 40. V.Rubxniski, 66.
Baş hakim: Dario Bel (Xorvatiya).
Bakı. “Qarabağ Arena”.

Azərbaycan: Rüstəm Samiqullin, Qurban Səfərov, Seymur Məmmədov, Cəlal Hüseynov (k), Süleyman Damadayev, Rüfət Əhmədov, Murad Vəliyev, Emil Səfərov, Zeynəddin Abdurrahmanov, Camal Cəfərov, Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 2. Abdulla Rzayev, 3. Rüfət Abbasov, 5. Nazim Həsənzadə, 14. Ayxan Süleymanlı, 16. Xəyal Əliyev, 18. Ağadadaş Salyanski, 21. İbrahim Ramazanov, 23. Ramin Nəsirli.
Ukrayna: Ruslan Neşeret, Artyom Smoliakov, Arseni Bataxov (k), Volodimir Saliuk, İlya Krupski, Oleq Oçeretto, Valentin Rubxniski, Aleksandr Yatsuk, Nazar Voloşin, İqor Kraşnopir, Maksim Braxaru.
Ehtiyat oyunçular: 12. Yakov Kinareykin, 2. Konstantin Vivçorenko, 5. Vitali Roman, 6. Boris Kuşinski, 9. Yevgen Kavlyuk, 11. İvan Varfolomiyev, 14. İlya Kvasnitsa, 17. İqor Xorbax, 19. Maksim Xan.

Xal: Ukrayna – 18. İngiltərə – 15. Serbiya – 10. Lüksemburq – 4. Şimali İrlandiya – 3. Azərbaycan – 3.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!