"Mənə elə gəlir, bizim komanda daha güclüdür, AVRO-2024-ün əsas favoritlərindənik”

6 Aprel 03:20 Milli komanda 317
"Mənə elə gəlir, bizim komanda daha güclüdür, AVRO-2024-ün əsas favoritlərindənik”

Minifutbol üzrə millimizin AVRO-2024-dəki rəqibləri ötən gün müəyyənləşdi.

Son Avropa çempionu olan yığmamız F qrupunda Fransa, İtaliya və Avstriya ilə mübarizə aparacaq.

Bosniya və Herseqovinanın ev sahibliyi edəcəyi turnir 1-9 iyun tarixlərində keçiriləcək.

Sportinfo.az xəbər verir ki, millinin baş məşqçisi Elşad Quliyev qaynarinfo-ya açıqlamasında yarışa hazırlıq planından danışıb, rəqibləri dəyərləndirib:

"Potensialımız daha yüksəkdir. Fikrimiz qrupdan çıxmaqdır, inşallah bunun öhdəsindən problemsiz gələrik. Əsaq məqsədimiz finalda oynamaqdır. Yarışın əsas favoritlərindənik”.

Quliyev rəqibləri bu şəkildə dəyərləndirdi:

"Avropa çempionatında zəif rəqib yoxdur. Hamısı yaxşıdır. Fransa, İtaliya güclü rəqiblərdir. Sonuncu Avropa çempionuyuq, bizim üçün münasib rəqiblərdir. Fransa, İtaliya deməzdim ki, böyük futbolda olduqları səviyyədədirlər. Amma həqiqətən də pis rəqib deyil. "Heydər Əliyev turniri”ndə hər ikisi ilə oynamışıq. Avropanın ortabab komandalarındandır və hazırda daha yaxşı inkişafdadırlar. Son oyunlarından bəzilərini izləmişəm. Fransa digərlərinə nisbətən daha güclüdür. Ötən dəfə Fransa ilə İtaliya qrupdan çıxmışdı, Avstriya yox. Maraqlı, texnikalı, taktiki cəhətdən yaxşı rəqiblərdir. Mənə elə gəlir, bizim komanda daha güclüdür. Çətin də olsa qrupdan çıxmalıyıq”.

Mütəxəssis hazırlıq planlarını da açıqlayıb:

"Mayın birində yığışmalıyıq. İki gün Bakıda təlim-məşq toplanışımız var. Daha sonra Monteneqroya gedib toplanışı orada davam etdirəcəyik. Həmçinin orada miniturnir keçiriləcək və bir sıra komandalar - Rumıniya, Almaniya, Monteneqro, Bosniya və Hersoqovina orada olacaq. Onlarla qarşılaşacağıq. Ayın 14-15-i Azərbaycan çempionatının final mərhələsi başlayacaq. Daha sonra yenidən təlim-məşq toplanışına, ayın sonunda da Avropa çempionatına yollanacağıq”.

O, heyətdə dəyişikliklər olacağını da nəzərə çatdırıb:

"Bəli, haradasa, 6-7 yeni futbolçudan istifadə etmək fikrindəyik. "Pley-off”un ikinci oyunundan sonra hansı futbolçuları təlim-məşq toplanışına dəvət edəcəyimizlə bağlı dəqiq açıqlama verəcəyik. Yaxşı futbolçular var, inanırıq ki, milliyə daha da güc qatacaqlar. Heyətin 70-80 faizini konkretləşdirmişəm. Qalan 20 faizi də oyunlara baxdıqdan sonra dəqiqləşdirəcəyik. Kimlər daha yaxşı formadadırsa, onları dəvət edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU