"Paltardəyişmə otağında heç kim Azərbaycanla oyunun bizə rahat olacağını fikirləşmir"

25 Mart 01:00 Milli komanda 624
"Paltardəyişmə otağında heç kim Azərbaycanla oyunun bizə rahat olacağını fikirləşmir"

Sportinfo.az xəbər verir ki, Bolqarıstan millisinin kapitanı Kiril Despodov Azərbaycana qarşı keçiriləcək oyunla bağlı sualları cavablandırıb.

- Azərbaycan - Monqolustan matçını tam izləməmişik. Bəzi epizodlara baxdıq. Həmin oyunda güclü olan tərəf Azərbaycan idi. Biz də sabahkı rəqibimizi analiz etmişik, hazırlaşmışıq

- Komanda yoldaşın Aleksandr Kolev bildirib ki, "Azərbaycan daha ciddi komandadır. Futbolçularının yarısı "Qarabağ"da oynayır və onların da "Bayer"ə nələr etdiklərini gördünüz". Sən də belə düşünürsən?

- Bəli, təsdiq edirəm. Azərbaycan millisi ciddi rəqibdir. Paltardəyişmə otağında heç kim Azərbaycanla oyunun bizim üçün rahat olacağını fikirləşmir. Amma ilk növbədə rəqib haqda düşünmürük, öz oyunumuz barədə fikirləşirik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, müsbət nəticə qazanmağı planlaşdırırıq.

Digər Xəbərlər
Xəbər Lenti