“Mən Emin Mahmudovda problem hiss etməmişəm”

11 Oktyabr 2024 01:10 Milli komanda 1 428
“Mən Emin Mahmudovda problem hiss etməmişəm”

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş kapitan Emin Mahmudovla bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Mahmudovun "Neftçi"nin heyətində son 3 oyuna çıxmadığına görə heç bir problemin olmadığını qeyd edib:

"Ciddi bir problem hiss etməmişəm. Əhval-ruhiyyəsi yaxşıdır, heç bir psixoloji problemi yoxdur.

Bilirik ki, Emin Mahmudov komandaya lazım olan oyunçulardandır. Əsas odur ki, o komanda üçün nəsə etməyə çalışsın.

Hiss etməmişəm ki, hər hansı söhbət etmək lazımdır. Emin yaxşı vəziyyətdədir, özünü yaxşı hiss edir.

Əsas odur ki, futbolçular mənə görə yox, Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar".

F. Santuş "Emin Mahmudov əsas heyətdə çıxmasa, kapitan kim olacaq?" sualına belə cavab verib:

"Bu gün heç nə deyə bilmərəm. Başa düşürəm sizin işiniz budur. Amma siz də məni başa düşün".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!