COP29

Farerdən olanlar Şimali İrlandiya - Azərbaycan oyununda

9 Oktyabr 20:20 Milli komanda 1 791
Farerdən olanlar Şimali İrlandiya - Azərbaycan oyununda

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Sportinfo.az AFFA-nın mətbuat xidmərinə istinadən xəbər verir ki, matçı Farer adalarından olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Heini Ziskason Vidoy olacaq. Ona Dan Petur Pauli Hoyqaard və Yan Hermansen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Byarki Danielsen yerinə yetirəcək.

Qarşılaşma oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Ballimena şəhərində yerləşən “Şouqraunds” stadionunda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti