AFFA prezidenti MÜHÜM QƏRAR verdi – Bu komandaların baş məşqçiləri ilə bağlı

7 Oktyabr 2024 16:00 Milli komanda 3 514
AFFA prezidenti MÜHÜM QƏRAR verdi – Bu komandaların baş məşqçiləri ilə bağlı

AFFA aşağı yaş qrupları üzrə millilərdə islahat aparmağı qərara alıb.

Bununla bağlı geniş fikir mübadiləsi aparılıb.

«U-lar»ın son illərdəki nəticələri ilə tanış olan Rövşən Nəcəf müvafiq göstəriş verib. Federasiya prezidenti 2025-ci ilin əvvəlindən etibarən bu komandaların əcnəbi baş məşqçilərə həvalə olunmasını tapşırıb.

R.Nəcəf namizədlərin siyahısının müəyyənləşdirilməsini baş katibliyə əmr edib. Layihəyə əsasən, yerli mütəxəssislər yığmalarda köməkçi vəzifəsini yerinə yetirəcək.

AFFA İcraiyyə Komitəsi sentyabrda aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləri Aqil Nəbiyev (U-16), İlham Yadullayev (U-17), Füzuli Məmmədov (U-18) və Elxan Abdullayevin (U-19) müqavilə müddətinin 2025-ci il yanvarın 1-dək uzadılmasını qərara alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!