Bu gün FİFA milli komandaların yeni reytinq cəvdəlini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandası əvvəlki ayla müqayisədə mövqeyində geriləyib.
Fernandu Santuşun komandası 111-ci pillədən 113-cü yerə düşüb (210 komanda arasında).
Buna səbəb Millətlər Liqasının C divizionun ilk 2 turunda İsveçə evdə 1:3, səfərdə Slovakiyaya 0:2 hesablı məğlubiyyətdir.
Hazırda yığmamızın aktivində 1173.15 xal var.
Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan İsveç 28-ci (+1), Slovakiya 42-ci (+2), Estoniya isə 122-ci (+1) yeri tutur.
Reytinqə əvvəlkitək son dünya çempionu Argentina millisi başçılıq edir.