Bombardirdən narazılıq: " Siyahıda yeganə azərbaycanlı mənəm, niyə dəvət etmirsən?"

7 Aprel 22:55 Milli komanda 3 393
Bombardirdən narazılıq: " Siyahıda yeganə azərbaycanlı mənəm, niyə dəvət etmirsən?"

Bu mövsüm yaxşı mənada seçilən yerli futbolçulardan biri də Orxan Əliyevdir.

Bir vaxtlar ölkənin ən yaxşı istedadlarından biri sayılan futbolçu uzun müddət idi Premyer Liqadan uzaq düşmüşdü.

Forvard ötən mövsüm “Araz Naxçıvan”la Birinci Liqanın qalibi olmaqla bərabər, həm də bombardiri olmuşdu.

Hücumçu uğurunu yüksək liqada da davam etdirir.

Belə ki, arxada qalan 28 turda 9 qol vuran Əliyev bombardirlər cədvəlində yer alan yeganə yerli futbolçudur.

Belədə onun milli komandaya dəvət olunacağı gözlənilən idi.

Lakin 28 yaşlı hücumçuya Monqolustan və Bolqarıstanla yoldaşlıq oyunlarında yalnız ehtiyat heyət üçün ayrılan 4 nəfərlik siyahıda yer tapıldı.

Buna görə də Orxan milli komandanın baş məşqçisi Arif Əsədovun onun barəsində verdiyi qərardan narazı qalıb:

“Açığı, qərarı mən başa düşə bilmədim. 4 nəfər ehtiyat oyunçu kimi dəvət almışdı. Amma sonradan iki futbolçu zədə alsa da kimsə heyətə əlavə edilmədi. Niyə? Məncə, belə şey düzgün deyil. Aleksey İsayev və Vüsal İsgəndərli zədə aldı. Bizə dəvət gəlmədi. Onda həmin siyahıya adımızı nəyə salmışdılar? Demirəm ki, mütləq məni çağırsınlar. Kiminsə zədə almasını da istəmirəm. Fakt zədə alanlar var. Mən də dəvət gözləyirəm. Niyə etmirsən? Pis çıxmasın bombardirlər siyahısında yeganə azərbaycanlı mənəm. Və ya digər ehtiyat heyətdə olanlardan niyə çağırmırsan? 4 nəfərdən ikisini çağırmaq olmazdı? Təbii ki, olardı. Bəs haqlı olaraq soruşacaqlar ki, həmin 4 nəfərin adı niyə açıqlanmışdı?”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU