"1:1 ilə barışmalıyıq"

1 Aprel 09:20 Milli komanda 383
"1:1 ilə barışmalıyıq"

"Komanda olaraq baxımlı oyun sərgilədik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Bolqarıstanla keçirilən matç barədə danışarkən deyib.

O, oyun barədə təəssüratlarını bölüşüb:

"Nəticə sərgilədiyimiz oyunu əks etdirmir. Çünki matç ərzində çoxsaylı qol şanslarımız oldu. Amma bu, futboldur. 1:1 hesabı ilə barışmalıyıq.

31 yaşlı yarımmüdafiəçi millinin çıxışı barədə danışıb:

"Hər iki yoldaşlıq matçını yaxşı keçirdik. Monqolustana qalib gəldik, Bolqarıstan yığması ilə heç-heçə etdik.

İyunda bizi növbəti oyunlar gözləyir. Həmin matçlarda da sərfəli nəticələr qazanmağa çalışacağıq".

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən Azərbaycan - Bolqarıstan oyunu 1:1 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU