Millimizdə debüt etdi, gördüklərini ukraynalılara söylədi

1 Aprel 01:20 Milli komanda 332
Millimizdə debüt etdi, gördüklərini ukraynalılara söylədi

"Polesye"nin (Ukrayna) yarımmüdafiəçisi Emil Mustafayev Azərbaycan millisinin heyətində debüt oyunlarını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan gənc Monqolustan və Bolqarıstanla görüşləri belə xatırlayıb:

"İlk oyunu monqollara qarşı keçirdik və 1:0 hesabı ilə qalib gəldik. Çox maraqlı matç oldu.

Bütün oyun boyu onlara təzyiq göstərdik. Oyunboyu şanslar əldə etdik, lakin onları reallaşdıra bilmədik.

Artıq son dəqiqələrdə qol vurmağı bacardıq. İkinci oyun bolqarlara qarşı idi (1:1).

Rəqib artıq daha peşəkar və daha yaxşı idi. Bolqarıstana qarşı oynamaq monqollarla oynamaqdan daha çətin idi. Məncə, ilk oyuna görə yaxşı idi".

22 yaşlı futbolçu yayda yetirməsi olduğu "Aleksandriya"dan ayrılaraq "Polesye" ilə dörd illik müqaviləyə qol çəkib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU