AFFA-nın baş məşqçi postuna namizədlər siyahısında yer almadı

1 Aprel 00:40 Milli komanda 1 791
AFFA-nın baş məşqçi postuna namizədlər siyahısında yer almadı

Kurban Berdıyev AFFA-nın baş məşqçi postu üçün qısa siyahıda yer almayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Legalbet” portalı yazıb.

Rusiyalı həmkarlarımızın iddiasına görə, AFFA rəhbərliyi Berdıyevə klub məşqçisi kimi yanaşdığı üçün onu millinin baş məşqçi postuna dəvət etməyi düşünməyib.

"Legalbet"in yazdığına inansaq, AFFA-nın yeni rəhbərliyi Azərbaycan millisini yerli mədəniyyətə mümkün qədər yaxın olan mütəxəssisə həvalə etməyi planlaşdırır.

Berdıyev son olaraq Rusiyanın “Dinamo”(Maxaçqala) klubunu çalışdırıb. O, bundan əvvəl "Kayrat", "Gənclərbirliyi", "Rubin", "Rostov", "Traktor", "Soçi" klublarında işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU