”Millidə böyük dəyişiklik etməyəcəm, bir neçə yeni sima olacaq”

30 Mart 03:40 Milli komanda 346
”Millidə böyük dəyişiklik etməyəcəm, bir neçə yeni sima olacaq”

Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatında qarşılaşmaq istəmədiyi rəqiblərin adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis “report”a açıqlamasında konkret 5 komandanı fərqləndirib.

O, aprelin 4-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq püşk zamanı nisbətən zəif komandalara rəqib olmaq istədiklərini gizlətməyib:

“İkinci səbətdə çox güclü komandalar qərarlaşıblar. Onlardan Serbiya, Çexiya və Macarıstanı mümkün ən güclü rəqiblər saymaq olar.

Digər səbətlərdə yer alanlardan dünya çempionatında özünü yaxşı tərəfdən göstərən Portuqaliya və İspaniyanı qeyd etmək olar. Onlarla eyni qrupa düşməyi arzulamıram.

Nisbətən münasib qrupa düşsək, turnirin növbəti mərhələləri üçün daha yaxşı olar. Çünki belədə qrupda daha az güc itirmiş olarıq.

Pley-offda ağır matçlar olur. Qrupdan çıxmaq və ora çox enerji saxlamaq vacibdir”.

Elşad Quliyev son Avropa çempionu olan komandasının yenə finala qədər irəliləməsini arzulayır:

“Builki hədəfimiz finala qədər irəliləməkdir. Yenə həlledici matçda iştirak etmək istəyirik.

Maraq dairəmizdə olan futbolçular Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərirlər. Millidə böyük dəyişiklik olacağını düşünmürəm. Yenə də bir neçə yeni sima olacaq”.

Azərbaycan millisi püşkatma zamanı 1-ci səbətdə yer alacaq. Qitə birinciliyi iyunun 1-dən 9-na qədər Sarayevoda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"