"Azərbaycan millisində çalışmaq onun üçün əla variantdır, niyə özünü sınamasın?"

29 Mart 01:10 Milli komanda 1 150
"Azərbaycan millisində çalışmaq onun üçün əla variantdır, niyə özünü sınamasın?"

"Lokomotiv"in(Moskva) və Rusiya millisinin sabiq hücumçusu Ruslan Pimenov Stanislav Çerçesovun Azərbaycan milli komandasına rəhbərlik edə biləcəyinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, "Чемпионат"a danışan veteran forvard Çerçesova millimizdə işləməyi məsləhət görüb:

"Azərbaycan millisində çalışmaq Stanislav Çerçesov üçün əla variantdır. Əks halda, işsiz günlər uzanacaq.

Niyə özünü bu komandada sınamasın? Ola bilər ki, Azərbaycanda görəcəyi iş sayəsində Çerçesov Avropa klublarının diqqətini cəlb etsin. Lakin qələbələr lazımdır".

Qeyd edək ki, bir müddətdir Stanislav Çerçesovun adının Azərbaycan millisinin baş məşqçi postuna namizədlər arasında olduğu iddia edilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!