"Onlardan çox geridəyik" - Azərbaycan millisinin futbolçusu etiraf etdi

28 Mart 02:20 Milli komanda 558
"Onlardan çox geridəyik" - Azərbaycan millisinin futbolçusu etiraf etdi

"İgiltərə və Ukraynadan çox geridəyik".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Rüfət Əhmədov İngiltərə (1:5) və Ukraynaya (0:3) uduzduqları Avropa çempionatının seçmə mərhələ matçları barədə danışarkən deyib.

Müdafiəçi yığmalar arasında fərq olduğunu söyləyib:

"Ukraynada komanda oyunu çox yaxşıdır. İngilislərdə isə fərdi keyfiyyətləri yüksək olan futbolçular çoxdur.

Onlar daim yaxşı çempionatlarda oynayırlar. Bizdə isə Premyer Liqada mütəmadi meydana çıxanlar azdır. Bu da meydanda öz təsirini göstərir".

Əhmədov böyükhesablı məğlubiyyətdən sonra ikinci qarşılaşmaya köklənməyin çətin olduğunu etiraf edib:

"İstər-istəməz uduzanda pis olursan. Biz belə matçları az gördüyümüz üçün bu cür rəqiblərə qarşı çətinlik çəkirik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!