Ramil Şeydayev onların xahişini yerə salmadı, jest etdi - VİDEO

27 Mart 2024 19:00 Milli komanda 1 865
Ramil Şeydayev onların xahişini yerə salmadı, jest etdi - VİDEO

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib.

Yığma Bolqarıstan ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma heç-heçə başa çatıb - 1:1.

Ramil Şeydayev qol vura bilməsə də, estoniyalı referinin final fitindən sonra azarkeşləri sevindirib.

Hücumçu onu səsləyən fanatlara biganə qalmayıb və geyindiyi formanı əynindən çıxaraq, tribunaya tərəf fırladıb. Onun jesti tərəfdarlar tərəfindən alqışla qarşılanıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO