"Azərbaycanla oyunda bizə təzyiq etdilər, sona qədər dözə bilmədik"

27 Mart 2024 01:50 Milli komanda 740
"Azərbaycanla oyunda bizə təzyiq etdilər, sona qədər dözə bilmədik"

Bolqarıstan "FIFA series-Edition 2024" çərçivəsində Azərbaycanla 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, bolqarların müdafiəçisi Aleks Petkov qarşılaşmadan sonra yerli mətbuata açıqlama verib.

24 yaşlı futbolçu sona qədər dözəl bilmədiklərini deyib:

"Qələbəni əldən verdik. Bizə son dəqiqələrdə qol vurdular, sona qədər dözə bilmədik.

Qol vura bilmədiyimiz bir neçə yaxşı şans yaratdıq. Yorğunluğun o qədər də rol oynadığını düşünmürəm.

Bizə sonda çox təzyiq etdilər. Bu oyundan dərs çıxarmalıyıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti