"Yeganə peşmanlığım budur" - Yığmamızın əcnəbisi

27 Mart 2024 01:10 Milli komanda 928
"Yeganə peşmanlığım budur" - Yığmamızın əcnəbisi

Azərbaycan millisinin yarımmüdafiəçisi Filip Ozobiç “FİFA series” mini-turnirinin Bakıda Bolqarıstan yığmasına qarşı keçirilmiş görüşündən sonra danışıb.

Sportinfo.az xəbər verir ki, milliləşdirilmiş futbolçu həmin görüşdəki 1:1 hesablı bərabərliyi şərh edib:

"Düşünürəm ki, biz yaxşı oyun nümayiş etdirdik. Hətta Bolqarıstandan da yaxşı futbol oynadığımızı deyə bilərəm.

Daha çox qol vəziyyəti yaratdıq. Ancaq yalnız hesabı bərabərləşdirə bildik.

Qələbəyə layiq idik. Hakimliklə bağlı heç nə demək istəməzdim.

Ümumilikdə, iki yaxşı oyun keçirdik. Heyif ki, Bolqarıstanı məğlub edə bilmədik.

Yeganə peşmanlığım budur. Əks halda, hər şey qaydasında idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti