Azərbaycan millisinin baş məşqçi postuna üç namizəd var

27 Mart 00:40 Milli komanda 8 673
Azərbaycan millisinin baş məşqçi postuna üç namizəd var

Rusiya millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesov Azərbaycan millisinin baş məşqçi postuna namizəddir.

Sportinfo.azxəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

Məlumata görə, bu posta üç namizəd var. AFFA hələlik məşqçiyə təklif göndərməsə də, onu namizədlər siyahısına daxil edib.

Qeyd edək ki, 60 yaşlı Çerçesovun son iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstanın "Ferençvaros” klubu olub.

Rusiyalı mütəxəssis əvvəllər Rusiya millisinə rəhbərlik edib, bundan başqa Polşanın "Legiya”, Moskvanın "Dinamo”, yerli "Amkar”, "Terek” (indiki "Axmat”), "Soçi Jemçujina” və "Spartak” klublarında çalışıb.

Çerçesov 2016-cı ildə Rusiya millisini çalışdırmağa başlayıb. Doğma meydanda keçirilən dünya çempionatında onun rəhbərlik etdiyi komanda turnirin finalçısı Xorvatiya millisinə məğlub olaraq 1/4 finala yüksələ bilməyib.

O, komandanın 2021-ci ilin yayında keçirilən 2020-ci il Avropa çempionatındakı uğursuz çıxışından sonra qovulub.

Canni de Byazinin müqaviləsi başa çatdıqdan sonra baş məşqçisiz qalan Azərbaycan millisini son iki yoldaşlıq oyununa Arif Əsədov çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti