"Məni qovmayın, saxlayın" - Müvəqqəti baş məşqçidən AFFA-nın yeni rəhbərliyinə AÇIQ MESAJ

29 Mart 16:00 Milli komanda 5 240
"Məni qovmayın, saxlayın" - Müvəqqəti baş məşqçidən AFFA-nın yeni rəhbərliyinə AÇIQ MESAJ

"Çalışacam ki, bizim də yaxşı yerli məşqçilərimiz olduğunu göstərək" - bu fikirləri Bolqarıstan yığması ilə bərabərə bitən matçdan (1:1) əvvəl Azərbaycan millisinin baş məşqçi postunu müvəqqəti icra edən Arif Əsədov dilə gətirmişdi.

Monqolustanla oyun heç bir aspektdən millimiz üçün ölçü rolunu oynaya bilməzdi. Rəqibin səviyyəsini hər kəs 90 dəqiqə ərzində gördü.

Amma Bolqarıstana qarşı yığmanın necə çıxış edəcəyi çox maraqlı idi.

Hər nə qədər Bolqarıstan millisinin zəiflədiyini iddia edənlər olsa belə.

Rəqibin futbol ənənəsi, elə hazırkı heyəti də bizimkilərlə müqayisədə ən azı bir baş öndədir.

Belədə 90 dəqiqə rəqibin geri qalmayan, bir çox epizodlarda hətta üstün görünən komandamızın oyununa müsbət qiymət vermək olar.

Meydanda daha istəkli, sərbəst, hücum etməkdən çəkinməyən, son saniyələrə kimi qələbə üçün mübarizə aparan Azərbaycan millisi vardı.

İddia etmirəm ki, Arif Əsədov yerli məşqçilər üçün bayraqdar rolunu oynadı, yerli məşqçilərin bacarığını aləmə göstərdi. Əsədova ən yaxşı yerli məşqçilər arasında, bəlkə, ilk "onluq"da belə yer tapılmaz.

Amma o da faktdır ki, hətta Nikola Yurçeviçin, De Byazinin köməkçisi işləmiş azərbaycanlı belə həmin əcnəbilərdən geri qalmadı.

Daha baxımlı, daha cəsarətli futbol oynatdı.

Bunu yeni AFFA rəhbərliyinə ünvanlanan açıq mesaj kimi də qəbul etmək olar.

Meydandakı uşaqlar da oyunu ilə göstərdi ki, bacarıqları var.

Qalır baş işlətmək, bacarıqlı məşqçi seçimində bacarıqlı qərar vermək.

Bu gün ölkədə istedadlı uşaqlar var, amma normal akademiyalarımız yoxdur. Onları doğru-düzgün inkişaf mərhələlərindən keçirib, üzə çıxarsınlar.

Milli komandamızda da həmçinin, normal heyət var, bacarıqları olduğu qaranlıqda da görsənir, sadəcə səriştəsiz idarəçilərin yersiz təyinatları üzündən qaranlıqda qalmağa məhkum olublar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!