Bu komandada hər şey var, məşqçidən başqa… VİDEO

26 Mart 14:40 Milli komanda 434
Bu komandada hər şey var, məşqçidən başqa… VİDEO

"Oyun planı olaraq iki fərqli hissə izlədik.

Son nöqtəni qoymaq, nəticəni qazanmaq kasadlığı davam edir.

Oyun ağlı olaraq "İQ" səviyyəsində problemlər davam etməkdədir".

Bu sözləri Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov 1:1 hesabı ilə başa çatan Azərbaycan-Bolqarıstan qarşılaşması barədə danışarkən deyib.

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib.

Yığma Bolqarıstan ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma heç-heçə başa çatıb - 1:1.

59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev hesabı açıb. 87-ci dəqiqədə Musa Qurbanlı tarazlığı bərpa edib.

Azərbaycan ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

Tanınmış jurnalist qeyd edib ki, millidə potensial var, ancaq onu açmaq üçün strateq düşünmək lazımdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"