AFFA-nın yeni prezidenti millini kimə tapşıracaq?

26 Mart 11:20 Milli komanda 3 421
AFFA-nın yeni prezidenti millini kimə tapşıracaq?

Ötən ilin dekabr ayında AFFA milli komandanın baş məşqçisi vəzifəsinə namizədlərin müəyyən edilməsi üçün İşçi Qrupu yaratmışdı.

Elşad Nəsirov, Zaur Axundov, Vaqif Sadıqov, Sərxan Hacıyev, Elxan Səmədov və Fikrət Hüseynovun yer aldığı İşçi Qrupu bu müddətdə iki dəfə görüş keçirib.

Zaman göstərdi ki, İşçi Qrupunun yaradılması formal xarakter daşıyıb. Ona görə də, üç aydan çox vaxt keçsə də, qrup heç bir iş görməyib.

Bu AFFA rəhbərliyinin milliyə baş məşqçi təyin etməsi doğru olmazdı. Çünki Rövnəq Abdullayev və onun ətrafının AFFA-nı tərk edəcəyi xeyli əvvəldən bilinirdi və gedən ayaqda məşqçi təyin etmələri düz deyildi.

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf olacaq. İK-nın tərkibi də bir nəfər istisna olmaqla tam dəyişəcək. Belədə milli komandanın baş məşqçisi də yeni rəhbərlik tərəfindən təyin olunacaq.

Belə görünür ki, İşçi Qrupunun fəaliyyəti dayandırılacaq.

Bu məsələylə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədlinin fikirlərini öyrəndik.

Elnur bəy İşçi Qrupunun İcraiyyə Komitəsi tərəfindən yaradıldığını və qrupla bağlı yekun qərarın da qeyd olunan komitə tərəfindən veriləcəyini dedi. İK ya İşçi Qrupuna səlahiyyət verməli, ya da ləğv etməli olacaq (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"