"Azərbaycan millisinə məni təklif ediblər, dedim, görüşərik"

26 Mart 01:00 Milli komanda 2 454
"Azərbaycan millisinə məni təklif ediblər, dedim, görüşərik"

Türkiyəli məşqçi Rıza Çalımbayın adı Azərbaycan millisi ilə hallanır.

Sportinfo.az xəbər verir ki, 61 yaşlı mütəxəssis məsələ ilə bağlı "NTV Spor"a açıqlama verib.

Təcrübəli məşqçi aprelin 2-si keçirilməli olan AFFA-nın prezident seçkilərini gözlədiyini deyib:

"Azərbaycan milli komandasına məni təklif ediblər. Mən də dedim ki, görüşərik.

Orada federasiyada prezident seçkiləri olacaq. Buna görə də hələ ki, görüşümüz baş tutmayıb".

Rıza Çalımbay İranın "Persepolis" klubundan da təklif aldığını, lakin qəbul etmədiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"