Azərbaycan millisi FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FİFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün 2-ci - sonuncu matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, rəqib Bolqarıstan olub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan millisi ilk oyununda Monqolustana 1:0 hesabı ilə qalib gəlib. Bolqarıstan isə eyni hesabla Tanzaniyanı üstələyib.
Bu gün eyni zamana, Tanzaniya Monqolustanla qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
Bu yarış turnir deyil və yoldaşlıq xarekterli layihə məqsədi daşıyır. Ona görə də yarışın qalibi olmayacaq.
25 mart
20:00 Azərbaycan - Bolqarıstan 1:1
Qollar: Musa Qurbanlı, 87 - Filip Krastev, 59
Baş hakim: Kristo Tohver (Estoniya)
Baş hakimin köməkçiləri: Sander Saqa, Sten Klaasen (Estoniya)
Dördüncü hakim: İnqilab Məmmədov
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 13. Rahil Məmmədov, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov.
Ehtiyat oyunçular: 12. Rza Cəfərov, 23. Səlahət Ağayev, 5. Bəxtiyar Həsənalızadə, 6. Emil Mustafayev, 16. Elvin Camalov, 18. Ceyhun Nuriyev, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı, 10. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 2. Amin Seydiyev.
Məşqçi: Arif Əsədov.
Bolqarıstan: 23. İvan Dulqerov, 3. Zivko Atanasov, 4. İlya Qruyev, 5. Aleks Petkov, 6. Valentin Antov, 7. Georgi Kostadinov, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev, 20. Filip Krastev, 22. İlian İluev, 26. Viktor Popov.
Ehtiyat oyunçular: 1. Dimitar Mitov, 21. Svetoslav Vutsov, 2. Patrik-Qabriel Qalçev, 9. Georgi Minçev, 10. Georgi Rusev, 12. Dimitar Tonev, 14. Lukas Petkov, 15. Petko Xristov, 16. Svetoslav Kovaçev, 18. İvaylo Çoçev, 24. Stanislav İvanov, 25. Martin Minçev.
Baş məşqçi: İlian İliyev.

