Azərbaycan - Ukrayna matçını xorvatiyalılar idarə edəcək

24 Mart 09:25 Milli komanda 903
Azərbaycan - Ukrayna matçını xorvatiyalılar idarə edəcək

21 yaşadək futbolçular arasında Avro-2025-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Ukrayna matçının hakim təyinatları açıqlanıb.

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dario Bel olacaq. Ona yan xətt hakimləri olan həmyerliləri Qoran Pataki və İvan Yaniç kömək edəcək. Dördüncü hakim funksiyasını isə Zdenko Lovriç yerinə yetirəcək.

Azərbaycan - Ukrayna görüşü 26 mart tarixində saat 16:00-da "Azersun Arena"da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti