“Millinin yeni baş məşqçisinin Türkiyədən olmasını çox istərdik” - FOTOLAR

24 Mart 12:20 Milli komanda 504
“Millinin yeni baş məşqçisinin Türkiyədən olmasını çox istərdik” - FOTOLAR

"Beşiktaş"ın sabiq baş məşqçisi Rza Çalımbay yığmamızı çalışdıra bilər.

Türkiyəli mütəxəssis "Sabah” qəzetinə açıqlamasında Azərbaycandan zəng gözlədiyini deyib:

“Azərbaycan millisindən rəsmi təklif almamışam. Ancaq adımın bu komanda ilə birgə hallandığını eşidirəm.

Bir-iki gün içində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram”.

"Sabah" nəşri bu barədə "Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərovun da fikirlərini öyrənib.

O, türkiyəli həmkarlarımıza açıqlamasında bir çox məsələlərə diqqət yönəldib. E.Cəfərov bildirib ki, nəticələri ildən-ilə pisləşən Azərbaycan komandasını yalnız düzgün strategiya bu vəziyyətdən çıxara bilər:

"Təbii ki, biz də gələcək hər hansı əcnəbidənsə, onun Türkiyədən olmasını çox istərdik. Bir millətik, mentalitet eynidir.

Ancaq düzgün planlaşdırma ilə bu nəticələrə imza atmaq olar. Rza Çalımbay da önəmli futbol mütəxəssisidir.

Türkiyədə haqq etdiyi yerə layiq görülməyib. O, düzgün yapılanma ilə Azərbaycan futboluna töhvəsini verə bilər.

Aprelin 2-də AFFA-da prezident seçkiləri keçiriləcək. Federasiyanın yeni idarə heyəti ilə Azərbaycan futbolunda yüksəlişin başlanmasına ümid edirik".

Digər Xəbərlər
Xəbər Lenti