"Onların yarısı "Qarabağ"da oynayır, "Bayer"ə nələr etdiklərini gördüz”

24 Mart 00:40 Milli komanda 300
"Onların yarısı "Qarabağ"da oynayır, "Bayer"ə nələr etdiklərini gördüz”

Bolqarıstan "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, bolqarlar növbəti oyunda Azərbaycan yığması ilə üz-üzə gələcək.

Rəqibin hücumçusu Aleksandr Kolev millimizi daha ciddi komanda adlandırıb:

"Azərbaycan daha ciddi komandadır. Futbolçularının yarısı "Qarabağ"da oynayır.

Onların "Bayer"ə nələr etdiklərini gördünüz. Ümid edirəm ki, Tanzaniya yığması üzərindəki qələbə bizə daha inam verəcəyik. Yaxşı oyuna və qələbəyə ümid edirəm".

Azərbaycan - Bolqarıstan qarşılaşması 25 mart tarixində saat 20:00-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti