İngiltərəli baş məşqçi səbrsizliklə Azərbaycan millisini gözləyir

23 Mart 13:35 Milli komanda 938
İngiltərəli baş məşqçi səbrsizliklə Azərbaycan millisini gözləyir

İngiltərənin U-21 milli komandası Avro-2025-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını 5:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, rəqibin baş məşqçisi Li karsli qarşılaşma haqda danışıb.

- Oyundan əvvəl bilirdik ki, bizim üçün çətin sınaq olacaq. Rəqibin oyunlarını izləmişdik. Azərbaycan millisinə hörmətlə yanaşırdıq. Rəqibi məğlub etmək üçün yaxşı səviyyədə oynamalı idik. Yaxşı çıxış etdik. Azərbaycan millisinə qarşı İngiltərədə oynamağı səbrsizliklə gözləyirik.

- Demək olar ki, sizin üçün asan oyun keçdi?

- Xeyr, biz elə hiss etmədik. Azərbaycan millisinin yaxşı fürsətləri oldu. Əsasən də əks-hücumlarda və standart vəziyyətlərdə. Nəticədən razı qaldım.

- Azərbaycan millisi sizə hansı çətinliklər yaratdı?

- Əsasən onları əks-hücumda gözləyirdik. Oyunun əvvəlində yaxşı fürsətləri oldu. Həmin epizodda yaxşı müdafiə olunduq.

Digər Xəbərlər
Xəbər Lenti