"Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram”

23 Mart 00:40 Milli komanda 844
"Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram”

"Beşiktaş"ın sabiq baş məşqçisi Rza Çalımbay Azərbaycan millisini çalışdıra bilər.

Sportinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis "Sabah” qəzetinə açıqlamasında Azərbaycandan zəng gözlədiyini deyib:

“Azərbaycan millisindən rəsmi təklif almamışam. Ancaq adımın bu komanda ilə birgə hallandığını eşidirəm.

Bir-iki gün içində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram”.

Rza Çalımbay ötən ilin dekabr ayında “Beşiktaş”dan ayrılıb. Hazırda işsiz olan mütəxəssis "Rizespor", "Sivasspor", "Trabzonspor", "Antalyaspor" və "Konyaspor"u da çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti