Millimiz monqolların öhdəsindən böyük çətinliklə gəldi

22 Mart 21:53 Milli komanda 855
Millimiz monqolların öhdəsindən böyük çətinliklə gəldi

Bu gün FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan millisi Monqolustanla qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Azərbaycan millisi 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qolu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub. Monqolustan FİFA-nın son açıqlanan reytinqində 190-cu yerdədir.

Azərbaycan millisini oyuna Arif Əsədov çıxarıb. Bu, yığmamızın 2024-cü ildə ilk oyunu olub.

Bu görüşdən əvvəl isə Tanzaniya "Liv Bona Dea Arena" Bolqarıstanla qarşlaşıb və 0:1 hesabı ilə uduzub.

Azərbaycan millisi martın 25-də Bolqarıstanla qarşılaşacaq. Millinin Tanzaniya ilə oyunu isə nəzərdə tutulmayıb.

Bu yarış turnir deyil və daha çox yoldaşlıq xarekterli layihə məqsədi daşıyır. Ona görə də yarışın qalibi olmayacaq.

22 mart

20:00. Azərbaycan – Monqolustan 1:0

Qol: Bəhlul Mustafazadə, 90+1

Baş hakim: Zorbay Küçük (Türkiyə).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 12. Rza Cəfərov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 10. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 19. Filip Ozobiç, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov.
Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 5.Bəxtiyar Həsənalızadə, 6. Emil Mustafayev, 13. Rahil Məmmədov, 14. Eddi İsrafilov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Ceyhun Nuriyev, 20. Vüsal İsgəndərli, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Məşqçi: Arif Əsədov.
Monqolustan: 1. Mönk-Erden Enktaivan, 17. Dulqun Amaraa, 3. Bayartsengel Purevdorj, 12. Munk-Orgil Orkon, 5. Filip Çinzoriq, 2. Uuganbat Bat-Erden, 8. Batmuk Balyinnyam, 6. Amgalanbat Batbaatar, 4. Bat-Orgil Gerelt-Od, 18. Uuganbayar Purevsuren, 9. Oyunbaatarin Mijiddorj.
Ehtiyat oyunçular: 13. Xanda Tsenquun, 22. Ariunbold Batsaikan, 7. Temulen Uuqanbat, 10. Qan-Erden Erdenebat, 11. Munk-Erden Batkyaq, 14. Munkbaatar Toqoo, 15. Kaşçuluun Naranbataar, 16. Temuulen Zayat, 19. Namsray Baatarsoqt, 20. Qantoqtok Qantuya, 21. Tsoqtbatar Batbayar, 23. Tuquldur Qantoqtok.
Baş məşqçi: İçiro Otsuka.

Digər Xəbərlər
Xəbər Lenti