"Bura millidir və bunu "Qarabağ"ın oyunçuları olaraq bilirik"

22 Mart 09:25 Milli komanda 577
"Bura millidir və bunu "Qarabağ"ın oyunçuları olaraq bilirik"

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə “FIFA series – Edition 2024” çərçivəsində Monqolustan ilə keçiriləcək oyun haqda sualları cavablandırıb.

- Bizi fərqli futbol mədəniyyətlərinə aid komandalarla oyunlar gözləyir. Yaxşı təcrübə olacaq. Qalib gəlməyə çalışacağıq.

- Yorğunluq var?

- Milli komandadakı ab-hava yüksək səviyyədədir. Hər şey qaydasında gedir. Bura millidir və bunu "Qarabağ"ın oyunçuları olaraq bilirik. Hansısa yorğunluğa baxmayaraq, millidə bütün futbolçular ikiqat məsuliyyətlə çalışır.

- "Bayer"lə görüşün son dəqiqələrində şanssızlıq yaşadıq. Şəxsi motivasiyan yerindədir?

- Hər şey qaydasındadır. "Bayer"ə qarşı iki gözəl oyun keçirdik. Azərbaycan xalqı da bu mübarizədən məmmun qaldı. Psixoloji baxımdan mənə təsir etmir. 100 milyonluq oyunçu 5 metrdən qapıya düşmürsə, mənim də şansımı qaçırmağımda ciddi problem yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti