Monqolların baş məşqçisi Azərbaycan millisini yaponlarla müqayisə etdi

22 Mart 01:10 Milli komanda 307
Monqolların baş məşqçisi Azərbaycan millisini yaponlarla müqayisə etdi

Monqolustan millisinin baş məşqçisi İçiro Otsuka “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Azərbaycan yığması ilə sabah keçiriləcək matçdan öncə Bakıda mətbuat konfransı təşkil edib.

Sportinfo.az xəbər verir ki, yaponiyalı mütəxəssis futbolçulaının qarşıdakı matçları səbirsizliklə gözlədiyini söyləyib:

“Bizi yaxşı komandalarla qarşılaşacağıq. Azərbaycan və Tanzaniya çox yaxşı komandalardır.

Burada olmaq və Tofiq Bəhramov adına Respublika Stadionunda çıxış etmək çox xoşdur. Mən Tofiq Bəhramovun kim olduğunu bilirəm.

Həmin oyunu (1966-cı il dünya çempionatının finalı - red.) və onun qeydə aldığı vacib qolu da görmüşəm.

Oyuna gəlincə, bu matçlarda yaxşı nəticə qazanmaq üçün hər şeyi edəcəyik. Müdafiə oyunu oynayacağıq və əks-hücumda şanslarımızı axtaracağıq.

Azərbaycanın yığmasının Belçika ilə matçına və başqa bəzi oyunlarına da baxdım. Rəqibi analiz etmişik.

Onların oyun mentaliteti budur ki, sona qədər və nizam-intizamla oynayırlar. Azərbaycan milisi yüksək səviyyəli komandadır, amma bizim də yaxşı müdafiəmiz var.

Oyunu yüksək səviyyədə keçirməyə hazırıq. Azərbaycan yığmasını Yaponiya millisi ilə müqayisə edərdim.

Fərq ondadır ki, Azərbaycan Avropa qitəsində mənim doğma Yaponiyamın millsindən daha güclü komandalarla oynayır. Fərdi olaraq güclü oyunçularını da qeyd edərdim”.

Azərbaycan - Monqolustan oyunu bu gün Bakıda keçiriləcək və saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti