“100 milyonluq futbolçu topu qapıya vura bilmirsə, qol vura bilməməyim mənə təsir etmir"

21 Mart 19:25 Milli komanda 1 654
“100 milyonluq futbolçu topu qapıya vura bilmirsə, qol vura bilməməyim mənə təsir etmir"

"Fərqli futbol mədəniyyətinə sahib komandalarla qarşılaşacağıq".

Sportinfo.az xəbər verir ki, bunu millinin və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Monqolustan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

O, meydana yüksək əhval-ruhiyyədə çıxacaqlarını bildirib:

"Milli komandada ab-hava yüksək səviyyədədir. Hər şey qaydasında davam edir. Yorğunluğa baxmayaraq, yığmada ikiqat məsuliyyətlə çalışacağıq".

B.Mustafazadə UEFA Avropa Liqasının 1/8 finalda "Bayer 04" ilə keçirdikləri oyunlara (2:2, 2:3) da toxunub:

"Bütün Azərbaycan xalqı "Bayer 04"ə qarşı mübarizəmizdən məmnun qalıb. 100 milyon qiyməti olan futbolçu topu qapıya vura bilmirsə, mənim də qol vura bilməməyim mənə təsir etmir".

Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Hər iki görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti