"Milliyə dəvət olunmamağım məni təəccübləndirmədi"

23 Mart 22:55 Milli komanda 3 645
"Milliyə dəvət olunmamağım məni təəccübləndirmədi"

“Millimizə qarşıdakı oyunlarda uğurlar arzu edirəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın hücumçusu Anatoli Nuriyev deyib.

Məlum olduğu kimi, “FIFA series - Edition 2024” layihəsi ilk dəfə Bakıda təşkil olunub.

Azərbaycan millisi dünən Monqolustanla qarşılaşıb (1:0). Qarşıdan isə Bolqarıstanla görüş gəlir.

Yığmanın müvəqqəti baş məşqçisi Arif Əsədov geniş heyətə Premyer Liqanın üzdə olan bir çox futbolçusunu çağırıb.

Son vaxtlar Masazır klubunun əsas simalarından birinə çevrilən 27 yaşlı forvard isə bu qafilədən kənarda qalıb.

O, "milliyə dəvət olunmadın. Belə qərar veriləcəyini ehtimal edirdin, yoxsa siyahıda adını görməyəndə təəccübləndin" sualına cavab olaraq bunları deyib:

"Çempionatda son vaxtlar bir neçə oyunu buraxmalı oldum. Buna görə dəvət olunmamağım məni təəccübləndirmədi.

Ruhdan düşməyə əsas görmürəm. Sentyarda Millətlər Liqası başlayacaq. Ona qədər təkrar milliyə qayıda biləcəyimə inanıram".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti