"Yeni gələcək baş məşqçi nəyisə dəyişə bilməyəcək"

21 Mart 15:15 Milli komanda 589
"Yeni gələcək baş məşqçi nəyisə dəyişə bilməyəcək"

«Yeni gələcək baş məşqçinin qısa zamanda nəyisə dəyişəcəyini düşünmürəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin keçmiş kapitanı Aslan Kərimov deyib.

Uzun illər ölkənin əsas komandasının formasını geyinmiş müdafiəçi Canni De Byazini əvəzləyəcək mütəxəssisin az bir müddətdə böyük işlər görə biləcəyinə şübhə ilə yanaşır.

O, həmin çalışdırıcının ciddi dəyişiklik edə bilməyəcəyini sözlərinə əlavə edib:

"Komandamızın baş məşqçisi hələ təyin olunmayıb. Məncə, qarşıdakı Millətlər Liqasında qrupu birinci pillədə tamamlamaq yığmamıza çox çətin olacaq.

Gəlin, hər şeyə realist yanaşaq. Qrupun favoritləri İsveç və Slovakiyadır".

Millətlər Liqasında 2024/2025 mövsümünün püşkü atılıb. Azərbaycn C Liqasının 1-ci qrupunda yer alıb. Komandamız burada İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.

Mövsüm sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti