Zədə aldı, Azərbaycan millisinin heyətindən çıxarıldı

19 Mart 20:20 Milli komanda 463
Zədə aldı, Azərbaycan millisinin heyətindən çıxarıldı

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan komandasının heyətində dəyişiklik baş verib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığma komandaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti