Milli başladı, Musa Qurbanlı ilk məşqi buraxdı

19 Mart 2024 01:20 Milli komanda 924
Milli başladı, Musa Qurbanlı ilk məşqi buraxdı

Azərbaycan millisi “FİFA series” layihəsi çərçivəsində keçiriləcək turnir öncəsi məşqlərə başlayıb.

Sportinfo.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi kollektiv ilk məşqinə çıxıb.

Komandamız oyunlarını Tofiq Bəhramov stadionunda, məşqlərini isə Bakı Olimpiya Stadionunun əsas meydançasında keçirəcək.

Yığmaya dəvət edilmiş bütün futbolçular ilk məşqdə iştirak edib. Yalnız “Yurqorden”in hücumçusu Musa Qurbanlı ilk məşqi buraxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti