Mahir Emrelinin milliyə çağırılmamasının səbəbi bu imiş!

17 Mart 01:20 Milli komanda 400
Mahir Emrelinin milliyə çağırılmamasının səbəbi bu imiş!

"Dinamo”nun (Zaqreb) futbolçusu Mahir Emrelinin Azərbaycan millisinə çağırılmamasının səbəbi bilinib.

Sportinfo.az xəbər verir ki, yığmanın məşqçisi Arif Əsədov AFFA-nın mətbuat xidmətinə açıqlamasında 26 yaşlı hücumçunu zədə ilə əlaqədar "FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunlara dəvət etmədiyini açıqlayıb.

Mütəxəssis Cənubi Koreyanın "Tedjon Xana Sitizen” kollektivində çıxış edən müdafiəçi Anton Krivotsyukla bağlı vəziyyətin də eyni olduğunu bildirib:

"Anton Krivotsyuk və Mahir Emrelinin heyətdə olmaması zədə ilə bağlıdır. Hər iki futbolçumuzla danışmışam,

zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar, onları növbəti təlim-məşq toplanışlarına çağıraq”.

Azərbaycan FİFA tərəfindən ilk dəfə təşkil olunacaq yoldaşlıq görüşləri çərçivəsində martın 22-də Monqolustanı, 25-də isə Bolqarıstanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti