Türkiyə klubunda çıxış edən yarımmüdafiəçi Azərbaycan millisində

7 Mart 2024 00:50 Milli komanda 686
Türkiyə klubunda çıxış edən yarımmüdafiəçi Azərbaycan millisində

"Boluspor"un futbolçusu Vüsal İsgəndərli Azərbaycan millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi martda “FIFA series–Edition 2024” turniri çərçivəsində Monqolustan və Bolqarıstana qarşı keçiriləcək matçlar üçün yığmaya cəlb ediləcək.

Turnirin görüşləri Bakıda gerçəkləşəcək. Vüsal İsgəndərli son olaraq 2020-ci ilin sonlarında milliyə çağırılıb. O, ilin əvvəlində Bolu klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti