Millimizin müvəqqəti baş məşqçisi: "Siyahı hazır olandan sonra..."

6 Mart 08:50 Milli komanda 514
Millimizin müvəqqəti baş məşqçisi: "Siyahı hazır olandan sonra..."

Millimiz Bakıda təşkil olunacaq "FIFA series – Edition 2024” turnirində mübarizə aparacaq.

Komandamızı turnir oyunlarına isə baş məşqçi səlahiyyətlərini yerinə yetirən Arif Əsədov çıxaracaq.

Veteran futbolçu hazırlıqla bağlı qaynarinfo-ya açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, rəqibləri analiz etdiklərini söyləyib:

"Geniş məlumatı oyunlar ərəfəsində verə bilərəm. Hazırkı duruma gəlincə, çempionatı izləyirik, namizədlərə baxırıq.

Yəqin ki, çempionatın sonuncu tura qədər siyahını açıqlayarıq. Martın 17-si üçüncü dövrənin sonuncu turu olacaq. Siyahı hazır olandan sonra nəsə demək mümkündür”.

Əsədov rəqiblərin oyunlarını izlədiklərini də deyib:

"Bəli izləmişik, analiz edirik. Yoldaşlıq görüşüdür, rəqibləri zəif və güclülərə bölmək istəməzdim.

Əsas hazırlıqdır ki, komanda maksimum istədiyini ala bilsin. Artıq təlim-məşq toplanışına qədər olan proseslərin üzərində işləməyə başlamışıq”.

"Bu yarışda nəyə ümid edə bilərik” sualına Əsədov belə cavab verib:

"Düzdür, komandanın içindəyəm, potensialı bilirəm. Amma bütün bunlarla bağlı yarış ərəfəsində danışa bilərəm”.

Digər Xəbərlər
Xəbər Lenti