Qazaxıstanda oynayan Raul Azərbaycan millisindən imtina etdi

6 Mart 00:40 Milli komanda 266
Qazaxıstanda oynayan Raul Azərbaycan millisindən imtina etdi

“Jenis”un futbolçusu Raul Allahverdiyev Azərbaycan millisində oynamaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən 17 yaşlı hücumçu Qazaxıstan yığmasında çıxış etmək arzusunda olduğunu bildirib.

Raul Allahverdiyev Qazaxıstanın U-17 yığmasında çıxış edir. Yeniyetmə futbolçu Azərbaycanda oynamaq fikrində olmadığını etiraf edib:

“Belə diqqətdən məmnunam. Amma mən Qazaxıstanın gənclərdən ibarət komandasının oyunçusuyam.

15 yaşımda “Jenis”in heyətində peşəkar futbolda debüt etdim. Bu klubu və Qazaxıstanı öz evim hesab edirəm.

Bu ölkənin yığmasına düşməyə çalışacam”.

Digər Xəbərlər
Xəbər Lenti