Millinin əcnəbi futbolçusu niyə dövlət himnimizi oxumur? - AÇIQLADI

3 Mart 2024 19:00 Milli komanda 1 046
Millinin əcnəbi futbolçusu niyə dövlət himnimizi oxumur? - AÇIQLADI

“Neftçi”nin futbolçusu Filip Ozobiç jurnalistlərin önünə çıxdı.

32 yaşlı yarımmüdafiəçi müxtəlif səpkili sualları cavablandırdı ki, suallardan biri dövlət himnimizlə bağlı idi.

Daha doğrusu, Azərbaycan millisinin şərəfini qoruyan Ozobiçin hansı səbəbdən himnimizi oxumaması ilə bağlı. Bəndənizin məsələ ilə bağlı futbolçuya ünvanladığım suala Filip bu cür cavab verdi:

“Mənim üçün himnin sözlərini öyrənmək bir az çətindir. Əslində, himnin musiqisini duyuram, sadəcə, sözlərdə qeyri-dəqiqlik olar deyə oxumuram”.

Futbolçunun dediklərindən sonra “Neftçi”nin mətbuat katibi Emin Əfəndi söhbətə müdaxilə edərək yığmanın növbəti oyununda futbolçunun himnimizi oxuyacağını bildirdi.

Ozobiç buna gülərək reaksiya verdi.

Əslən Xorvatiyadan olan yarımmüdafiəçi Azərbaycan seçməsinin heyətində meydana çıxdığı 13 görüşdə 1 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti