
"Bu komandalara qarşı layiqli mübarizə apara bilərik".
Sportinfo.az xəbər verir ki,bunu Azərbaycan yığmasının futbolçusu Filip Ozobiç UEFA Millətlər Liqasındakı rəqiblər barədə danışarkən deyib.
32 yaşlı yarımmüdafiəçi daha əvvəl bu millilərlə üz-üzə gəldiklərini bildirib: "İsveç və Slovakiya inkişafdadır. Estoniya ilə də əvvəl qarşılaşmışıq".
Filip Ozobiç 2021-ci il sentyabrın 2-də Azərbaycan millisində debüt edib. Yığmada indiyədək keçirdiyi 10 oyunda 1 qol vurub.