“Sumqayıt”ın estoniyalı hücumçusu: “Təəssüf ki...”

13 Fevral 2024 01:10 Milli komanda 488
“Sumqayıt”ın estoniyalı hücumçusu: “Təəssüf ki...”

“Son seçmə mərhələdə bizə rəqib olan Azərbaycan və İsveçlə yenidən qarşılaşacağıq. Artıq hər iki komandanı daha yaxşı tanıyırıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Estoniya millisinin və “Sumqayıt”ın hücumçusu Erik Sorqa UEFA Millətlər Liqasının püşkatmasını dəyərləndirərkən deyib.

24 yaşlı forvard çətin qrupa düşdüklərini bildirib:

“Təəssüf ki, qrupumuzda yeganə yeni komanda Slovakiya seçməsidir. Çox istəyərdim ki, fərqli yığmalarla qarşılaşaq.

Amma əlimizdə olan budur. Çətin də olsa, mübarizə aparacağıq. Ruhdan düşmürük”.

Azərbaycan yığması Millətlər Liqasının C Divizionunda İsveç, Slovakiya və Estoniya seçmələri ilə birlikdə 1-ci qrupda yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”