COP29

Millətlər Liqasının püşkü AFFA-nın baş katibini məmnun etmədi

11 Fevral 14:25 Milli komanda 869
Millətlər Liqasının püşkü AFFA-nın baş katibini məmnun etmədi

“Güc baxımından daha münasib rəqiblərlə qarşılaşa bilərdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev UEFA Millətlər Liqasının püşkatmasını dəyərləndirərkən deyib.

O, yığmanın kifayət qədər çətin qrupa düşdüyünü bildirib:

"Rəqiblərin iddialı və güclü olmasına baxmayaraq, yaxşı futbol göstərmək və müsbət nəticələr əldə etmək lazımdır.

Matçlara ciddi hazırlaşmalıyıq. Meydanda öz oyunumuzu sərgiləyib xal və ya xallar qazanmalıyıq”.

Baş katib qrupdakı hər üç rəqibin Azərbaycan millisinə tanış olduğunu vurğulayıb:

“Bu komandaların hər biri ilə daha öncə oynamışıq. Ötən seçmə mərhələdə Bakıda İsveçə 3:0 hesabı ilə qalib gəldiyimiz matçda öz potensialımızı göstərdik.

Rəqibdən asılı olmayaraq, yalnız qələbə üçün oynamalıyıq. Yaxşı oyun sərgiləsək, istədiyimiz nəticələri əldə edə bilərik".

Azərbaycan yığması Millətlər Liqasının C Divizionunda İsveç, Slovakiya və Estoniya seçmələri ilə birlikdə 1-ci qrupda yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"