COP29

Azərbaycan komandası yadına düşdü və sözün düzünü dedi

11 Fevral 01:00 Milli komanda 422
Azərbaycan komandası yadına düşdü və sözün düzünü dedi

"C Liqasında FİFA reytinqi ən yüksək olan İsveçdir. Bu komanda ilə son oyunda heç-heçə etmişik".

Sportinfo.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona deyib.

Slovakiya Futbol Federasiyasının saytına açqlamasında ötən gün keçirilən püşkatmanı dəyərləndirən italiyalı mütəxəssis 2022-ci ildə Millətlər Liqasında Azərbaycan millisinə evdə uduzduqları (1:2) oyunu xatırladıb:

"Azərbaycan millisi ilə bağlı pis xatirələrimiz var. Çünki rəhbərliyim altında ilk oyunu Azərbaycan millisi ilə keçirmişik və məğlub olmuşuq.

İsveç, Estoniya və Azərbaycan Avro-2024-ün seçmə mərhələsində bir qrupda yer alıblar".

F.Qaltsona Millətlər Liqasının dünya çempionatına vəsiqə üçün yaxşı fürsət olduğunu da bildirib:

"Millətlər Liqasında maksimum gücümüzlə oynamalıyıq. Çünki dünya çempionatına vəsiqə qazanmaq şansımız var.

Elə Estoniya qrupda qazandığı qələbələrə görə pley-offa vəsiqə qazanıb".

Azərbaycan millisi C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"