“İnanmıram ki, bir də belə səhv etsinlər, artıq bizi tanıyırlar”

19 Mart 23:40 Milli komanda 506
“İnanmıram ki, bir də belə səhv etsinlər, artıq bizi tanıyırlar”

Xəbər verdiyimiz kimi, Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilildi.

Püşkün nəticəsinə əsasən Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.

Sportinfo.az-a açıqlama verən millinin sabiq müdafiəçisi Aslan Kərimov sentyabrda start götürəcək Millətlər Liqasında şanslarımızı dəyərləndirib:

"Avropa çempionatının seçmə mərhələsini sanki yenidən oynamalı olacağıq. Rəqiblərin hər biri ilə yaxın keçmişdə oynamışıq.

Estoniya “diş”imizə görə rəqibdir. Sözsüz ki, bizə daha zəif rəqiblər də düşə bilərddi.

Onlarla mübarizə aparmaq daha asan olardı. Amma bu futboldur, önə baxmaq lazımdır. Keçmiş oyunlarımızı oynasaq, nəsə əldə edə bilərik".

Kərimov hər üç milli üzərində yaxın keçmişdə qazanılan qələbələrin indiki halda böyük əhəmiyyət kəsb etmədiyini dilə gətirib:

"Düzdür, qrupun ən güclüləri sayılan İsveç və Slovakiyaya qalib gəlmişik. Düşünürəm ki, bu dəfə bizim üçün elə də asan olmayacaq.

Hər iki komanda Azərbaycan millisini yaxından tanıyır. Verdikləri boşluğun acısını bir dəfə çəkiblər.

Növbəti dəfə belə yanlışı edəcəklərinə inanmıram. Artıq Slovakiyanın baş məşqçisi Azərbaycanla oyuna xüsusi motivasiya ilə çıxmalı olacaqlarını dilə gətirib.

Məqsəd həmin məğlubiyyətin qisasın almaqdır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti