"Fərqli rəqib istəyirdik, Azərbaycan yığması bizə tanışdır"

9 Fevral 2024 14:20 Milli komanda 886
"Fərqli rəqib istəyirdik, Azərbaycan yığması bizə tanışdır"

"Fərqli rəqiblərlə üz-üzə gəlmək istəyirdik, Azərbaycan və İsveç yığmaları bizə tanışdır".

Sportinfo.az xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Tomas Heberli UEFA Millətlər Liqasının püşkatması ilə bağlı yerli assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis güclü qrupda yer aldıqlarını bildirib:

"Lakin komandamız üçün yaxşı sınaqdır. Bir il ərzində necə inkişaf etdiyimizi görə bilərik. Qrupun keyfiyyətindən danışmağa ehtiyac yoxdur".

C Liqasının 1-ci qrupunda Azərbaycan millisi Estoniya və İsveçlə yanaşı, Slovakiya kollektivi ilə də üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti