Millimizin rəqibləri ilə bağlı ilk reaksiya: "Çətin qrupa düşdük"

8 Fevral 2024 23:20 Milli komanda 623
Millimizin rəqibləri ilə bağlı ilk reaksiya: "Çətin qrupa düşdük"

Xəbər verdiyimiz kimi, bu gün Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin məşqçisi Arif Əsədov püşkü dəyərləndirib:

"Düşünürəm ki, çətin qrupa düşdük. Səbətlərin ən güclü milli komandaları ilə qarşılaşacağıq.

Həmin komandaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq.

Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm".

Azərbaycan yığması C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti